SİYASƏT


Misir portalı Şuşanın tezliklə tam bərpa ediləcəyindən yazıb

Qahirə, 28 yanvar, AZƏRTAC

Misirin “Aldiplomasy” informasiya portalı Şuşanın tezliklə tam bərpa ediləcəyi ilə bağlı xəbər yayıb.

AZƏRTAC-a istinadla yayılan xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev Şuşa rayonuna təyin edilmiş xüsusi nümayəndəsini qəbul edərkən söyləyib: “Müharibə dövründə, sadəcə olaraq, bir dəfə Şuşa haqqında demişdim, o da müxbir soruşdu ki, bəs Şuşa nə vaxt alınacaq? Əlbəttə ki, bunu biz deyə bilməzdik, dedim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Ancaq heç şübhə etmirdim ki, biz əziz, doğma Şuşamızı erməni əsirliyindən xilas edəcəyik, Azərbaycan bayrağını qaldıracağıq. O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!”.

Xəbərdə bildirilib ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş Şuşa şəhərində xüsusi nümayəndəsi olacaq Aydın Kərimova qədim şəhərin bərpasının daim öz nəzarətində olacağını və yaxın zamanlarda Şuşanın yenə də öz tarixi simasını bərpa edəcəyini deyib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.