MƏDƏNİYYƏT


Misir portalı “Xankəndi necə Stepanakert oldu” adlı sənədli videoçarxı oxucularına təqdim edib

Qahirə, 25 noyabr, AZƏRTAC 

Misirin “Nile1” informasiya portalı Dövlət Tərcümə Mərkəzinin “Xankəndi necə Stepanakert oldu” adlı sənədli videoçarxını öz oxucularına təqdim edib.

AZƏRTAC xəbər verir ki, portalın baş redaktoru Mahmud Diabın müəllifliyi ilə Xankəndinin tarixi haqqında geniş mətn də dərc edilib. Mətndə qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı məkrli erməniləşdirmə siyasətindən bəhs olunur.

Sonda qeyd edilib ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.