DÜNYA


Misir prezidenti G20 sammitində iştirak edəcək

Qahirə, 12 mart, AZƏRTAC

Misir prezidenti Əbdülfəttah əs-Sisi bu il Yaponiyanın sədrliyi ilə Osaka şəhərində keçiriləcək G20 qlobal iqtisadi sammitində iştirak etmək üçün dəvət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Misir prezidenti dəftərxanasının rəsmi nümayəndəsi Bassam Radi məlumat verib.

Onun sözlərinə görə, Yaponiyanın Misirdəki səfiri ölkəsinin Baş naziri Sindzo Abenin dəvətini Misir prezidentinə təqdim edib.

B.Radi bildirib ki, Misirin bu mötəbər tədbirdə iştirakı ölkənin Afrika qitəsində tutduğu mövqeyi və bu il Afrika Şurasında sədrliyinin əsasında baş tutacaq. Misir prezidenti sammitdə ölkəsinin inkişafı və aparılan iqtisadi islahatlar sahəsindəki təcrübəsini bölüşəcək, Afrika qitəsinin inkişafı üçün beynəlxalq səylərin fəallaşması yolları barədə ölkəsinin baxışını təqdim edəcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.