SİYASƏT


Misir qəzeti Şuşa Bəyannaməsindən yazıb

Qahirə, 18 iyun, AZƏRTAC

Misirin nüfuzlu “Əxbar Əl Yom” qəzetində iyunun 15-də Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi haqqında xəbər dərc edilib.

AZƏRTAC-a istinadla hazırlanmış materialda iki qardaş ölkə arasında müstəqillik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsinin əsas müddəaları yer alıb. Xəbərdə qeyd olunub ki, dövlət başçıları bu mühüm sənədin Azərbaycan və Türkiyənin beynəlxalq müstəvidə birgə əməkdaşlığını, siyasi, iqtisadi-ticarət, mədəniyyət, təhsil, idman, gənclər siyasətini əhatə etdiyini vurğulayıblar. Eyni zamanda, Bəyannamədə Zəngəzur dəhlizinin açılması, müdafiə sahəsində əməkdaşlığın inkişafı kimi vacib məsələlər də qeyd olunub.

Diqqətə çatdırılıb ki, Türkiyə Prezidenti Ermənistanın ona uzadılan xoşniyyətli həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzuladığını deyib. O, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və İranı əhatə edən altılı platforma çərçivəsində bölgədə sülhün bərqərar olacağını vurğulayıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.