SİYASƏT


Misir saytı: Azərbaycan Prezidenti Ermənistanın döyüş meydanında 5 mindən çox itki verdiyini bildirib

Qahirə, 30 oktyabr, AZƏRTAC

Misirin “Youm7” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın İnterfaks agentliyinə müsahibəsindən əsas məqamlara geniş yer ayırıb.

AZƏRTAC-a istinadla yayılan xəbərdə qeyd olunur ki, dövlətimizin başçısı Ermənistanın döyüş meydanında 5 mindən çox itki verdiyini bildirib. Bununla yanaşı, Prezident İlham Əliyev cəbhədə məğlub olan erməni silahlı qüvvələrinin dinc insanları və mülki obyektləri hədəf aldığını vurğulayaraq deyib: “Bilirsiniz ki, dünən kasetli raketlərlə atəşlər nəticəsində Bərdədə dörd dinc vətəndaş, o cümlədən 7 yaşlı qız həlak olub. Bərdə münaqişə zonası deyil. Yəni bu, Vaşinqtonda razılaşdırılmış atəşkəsin kobud şəkildə pozulmasıdır. Bundan əvvəl Moskvada razılaşdırılmış atəşkəs elə ertəsi gün ermənilər tərəfindən Ermənistan ərazisindən Gəncəyə ballistik raket atılması yolu ilə pozuldu. Bunun nəticəsində 10 nəfər həlak oldu. Gəncəyə ballistik raketlərlə ikinci hücum nəticəsində bu dinc şəhərdə daha çox, ümumilikdə isə 30-a yaxın insan həlak oldu... Hərçənd, erməni tərəfin aqressiv davranışı və onların beynəlxalq hüququ kobud şəkildə pozması, Cenevrə konvensiyalarını pozması və hərbi cinayətlər törətməsi, əlbəttə, onların nizamlama məsələsini konkret müzakirə etməyə hazırlaşmasından xəbər vermir. Ona görə ki, dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində bizim 69 dinc vətəndaşımız həlak olub, 300-dən çox adam yaralanıb”.

Portalın xəbərində BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə əlaqədar Azərbaycan Prezidentinin söylədiyi tənqidi sözlər, onun Ermənistan rəhbərliyinin riyakarlığı barədə fikirləri də yer alıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.