SİYASƏT


Misir saytı Azərbaycan Prezidentinin köməkçisinin Ermənistanın baş nazirinin riyakarlığı barədə açıqlamasını yayıb

Qahirə, 26 oktyabr, AZƏRTAC

Misirin “Aldiplomasy” saytı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter səhifəsində Ermənistanın baş nazirinin riyakarlığı haqqında açıqlamasını yayıb.

Materialda AZƏRTAC-a istinadla qeyd olunub ki, Azərbaycan rəsmisi Ermənistanın baş nazirinin yenidən yalan danışdığını, işğalçı ölkənin silahlı qüvvələrinin humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və onun kəndlərini atəşə tutmağa başladığını diqqətə çatdırıb.

Əlavə olaraq bildirilib: “Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.