SİYASƏT


Misir saytları: Ermənistanın Gəncəyə növbəti raket hücumu müharibə cinayətidir

Qahirə, 17 oktyabr, AZƏRTAC

Misirin “Nile1” və “Aldiplomasy” portalları Ermənistanın Gəncəyə daha bir raket zərbəsi endirməsi və mülki insanları qətlə yetirilməsi barədə xəbərlər yayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsinin işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlaməti olması barədə sözlərini də sitat gətirən Misir saytları dinc əhaliyə qarşı hücumların müharibə cinayəti olduğunu yazıblar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.