DÜNYA


Misir və Səudiyyə Ərəbistanı birgə hərbi təlimlər keçirirlər

Qahirə, 11 oktyabr, AZƏRTAC 

Misirdə Səudiyyə Ərəbistanı ilə birgə hərbi təlimlər keçirilir.

AZƏRTAC xəbər verir ki, Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Tamer Əl Rifainin sözlərinə görə, bu manevrlərin məqsədi iki ölkənin silahlı qüvvələri arasında hərbi əməkdaşlığı möhkəmləndirməkdir. Bir neçə gün davam edəcək birgə təlimlər çərçivəsində nəzəri biliklərin, döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın və hərbi təchizatın səviyyəsi nümayiş etdiriləcək.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.