SİYASƏT


Misir və Sudan mətbuatı Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdan yazıb

Qahirə, 23 sentyabr, AZƏRTAC

Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifin və Sudan Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərin rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Bakıda keçirilmiş təntənəli iclasa qatılıblar.

AZƏRTAC xəbər verir ki, tədbir həm Misir, həm də Sudanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Belə ki, bu ölkələrin mətbuatında Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təşkil olunan tədbirin yüksək səviyyədə keçməsi, Azərbaycan xalqının qonaqpərvərliyi, ölkəmizin inkişafı, paytaxt Bakının təmiz və səliqəli küçələri, ətrafa xüsusi gözəllik verən mənzərələri, yaşıllıqları göz oxşayan parkları barədə danışılıb.

Səfər zamanı Sudan Respublikasının parlament nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzində, həmçinin Azərbaycan Dillər Universitetində olublar. Nümayəndə heyətinin üzvləri “ASAN xidmət”də vətəndaşlara göstərilən hərtərəfli xidmətləri yüksək qiymətləndiriblər, Azərbaycan brendi sayılan bu təcrübənin gələcəkdə Sudanda tətbiqi üçün danışıqlara hazır olduqlarını bildiriblər.

Həmçinin nümayəndə heyətləri başçılarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsinin yüksək diqqətin göstərici olduğu vurğulanıb.

Asya Hacızadə

AZƏERTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.