DÜNYA


Misir xarici şirkətlərlə 1 milyard dollarlıq saziş imzalayıb

Qahirə, 16 sentyabr, AZƏRTAC

Misir bir sıra xarici neft şirkətləri ilə neft və qaz yataqlarının kəşf edilməsi sahəsində sazişlər imzalayıb.

AZƏRTAC xəbər verir ki, birinci saziş Misirin dövlət neft şirkəti “EGPC” ilə Malayziyanın “Petronas” və “Shell International” şirkətləri arasında imzalanıb. Sərmayələrin ümumi həcmı 1 milyarddan dollardan artıqdır. Saziş çərçivəsində Aralıq dənizinin dərin hissəsində 8 quyunun qazıntısı nəzərdə tutulur.

İkinci saziş Misirin dövlət neft şirkəti ilə Küveytin “Kuwayt Energy”, Kanadanın “Dover” və Böyük Britaniyanın “Rockhopper” neft şirkətləri arasında imzalanıb. Sərmayələrin ümumi həcmı 10 milyon dollar təşkil edir. Sazişə əsasən Misirin Qərb səhrasındakı 4 quyunun qazılması planlaşdırılır.

Qeyd etmək lazımdir ki, Misir 2014-cü ilin iyunundan etibarən ölkənin neft və qaz yataqlarının kəşf edilməsi sahəsində 63 saziş imzalayıb. Sərmayələrin ümumi həcmi 15 milyard dollar təşkil edir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.