DÜNYA


Misirdə 41 yeni neft-qaz yatağı kəşf edilib

Qahirə, 21 sentyabr, AZƏRTAC

2016/2017-ci maliyyə ili ərzində Misirdə 41 yeni neft-qaz yatağı, o cümlədən 28 neft və 13 təbii qaz yatağı aşkar edilib. Bu da ölkədə xam neft və qaz ehtiyatlarının və hasilatının artmasına, habelə daxili bazarın neft və təbii qaz məhsullarına tələbatının təmin olunmasına kömək edib. AZƏRTAC xəbər verir ki, Misir Baş Neft Korporasiyasının (MBNK) icraçı direktoru Abed Ezzeriqalın 2016/2017-ci maliyyə ilində neft korporasiyasının fəaliyyətinin yekunlarına dair bəyanatında belə deyilir.

Onun sözlərinə görə, yeni neft-qaz yataqlarının kəşfi MBNK-nın ötən ilki fəaliyyətinin ən mühüm yekunudur.

Korporasiyanın başçısı bildirib ki, gündəlik neft hasilatı təqribən 626 min barrelə çatıb ki, onun da 55 faizi Qərbi Böyük Səhranın payına düşür. O əlavə edib ki, gündəlik neft hasilatını 670 min barrelə qədər artırmaq planlaşdırılır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.