DÜNYA


Misirdə 47 xüsusi təhlükəli ekstremist məhv edilib

Qahirə, 16 may, AZƏRTAC

Son vaxtlar Misir Silahlı Qüvvələrinin polislə birlikdə Sinay yarımadasının şimalında və mərkəzi hissəsində apardığı antiterror əməliyyatı zamanı 47 xüsusi təhlükəli ekstremist məhv edilib.

AZƏRTAC Misir Silahlı Qüvvələrinin bəyanatına istinadla xəbər verir ki, əməliyyat zamanı terrorçuların istifadə etdikləri sığınacaqlar və nəqliyyat vasitələri məhv edilib, 385 partlayıcı qurğu zərərsizləşdirilib, külli miqdarda silah və hərbi sursat, habelə partlayıcı maddə müsadirə olunub, müxtəlif cinayətlərin törədilməsində şübhəli bilinən 100-dən çox adam tutulub.

Bəyanatda deyilir ki, antiterror əməliyyatı zamanı Misirin üç hərbi qulluqçu həlak olub.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.