DÜNYA


Misirdə ABŞ-ın birinci xanımı Melaniya Trampın gəlişini gözləyirlər

Qahirə, 2 oktyabr, AZƏRTAC

ABŞ-ın birinci xanımı Melaniya Tramp bu gün Afrika ölkələrinə səfərə başlayır. Melaniya Tramp üçün bu, onun əri, ABŞ Prezidenti Donald Trampın müşayiəti olmayan ilk xarici səfər olacaq.

AZƏRTAC xəbər verir ki, bu həftə ərzində Melaniya Tramp dörd Afrika ölkəsinə baş çəkəcək. Amerika prezidentinin xanımı oktyabrın 2-də Qanada təyyarədən enib, sonra Malavidə, Keniyaya və Misirə yola düşəcək. M.Trampın beşgünlük səfəri analara və xəstəxanalarda təzə doğulmuş körpələrə kömək, uşaqların təhsili, həmçinin bu ölkələrin mədəniyyətinin və tarixinin öyrənilməsi məsələlərinə həsr ediləcək. Gözlənildiyinə görə, ABŞ-ın birinci xanımı səfər müddətində bir sıra məktəblərə, xəstəxanalara və uşaq evlərinə baş çəkəcək.

Qeyd etmək lazımdır ki, Melaniya Tramp bu il “Be Best” (“Ən yaxşısı sən ol”) adlı bir kampaniya başlayıb və bu kampaniyanın əsas aspekti uşaqların rifahı məsələsidir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.