MƏDƏNİYYƏT


Misirdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb

Qahirə, 15 fevral, AZƏRTAC

Misirin Mərkəzi Kitabxanasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə Salam Salamzadə, Nəcəfqulu İsmayılov, Qeyyur Yunusov, Rufik Əbiyev, Nağdəli Xəlilov, Tural Rzayev, Əfsanə Əliyeva, Fərman Qulamov, Elxan Tahirov, Altay Hacıyev və başqalarının müxtəlif janrlarda yaratdıqları tablolar təqdim edilib.

Sərginin açılış mərasimində Misirin Mərkəzi Kitabxanasının sədri, səfir Rza Tayfi, Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Misir Parlamentinin üzvü, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Usama Əl-Əbd, habelə Misirin siyasi-ictimai xadimləri, KİV-lərin nümayəndələri, müxtəlif universitetlərin müəllim heyəti, tələbələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Azərbaycanın tarixi, mədəniyyəti və təbiətini tərənnüm edən rəsm əsərlərinin sərgisi misirli sənətsevərlərinin böyük marağına səbəb olub. Misirin “Cümhuriyyə” qəzeti, “Nil Mədəniyyət” telekanalı və digər KİV-ləri sərgidən geniş xəbər və reportajlar hazırlayıb.

Azərbaycan rəssamlarının sərgisi üç gün davam edəcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.