DÜNYA
Misirdə Bahar bayramı ərəfəsində bütün park və çimərliklər bağlanıb
Qahirə, 1 may, AZƏRTAC
Misirin 27 vilayətinin qubernatorları, o cümlədən paytaxt Qahirənin rəhbərliyi mayın 3-də keçiriləcək Şam Əl-Nəssim bahar bayramı və ortodoks xristianların Pasxa günü ərəfəsində COVID-19 infeksiyasının daha çox yayılmasının qarşısını almaq məqsədilə təlimatlar yayıblar.
AZƏRTAC xəbər verir ki, təlimatda bütün vilayət və şəhərlərdə parkların, habelə çimərliklərin bağlanması tapşırılıb. Ənənəyə görə, Şam Əl-Nəssim günü parklarda və dəniz sahillərində istirahət edən əhaliyə mayın 3-də evlərində qalmaq tövsiyə olunub.
Son günlər Misirdə COVID-19-a yoluxanların sayı xeyli artıb. Hər gün 60-a yaxın ölüm faktı qeydə alınan ölkədə pandemiyanın üçüncü dalğasının başlayacağı ehtimalı var. Misirin səhiyyə naziri Halə Zayid bunun əsas səbəbinin Ramazan ayında əhalinin bir yerə toplaşması olduğunu deyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]