DÜNYA


Misirdə COVID-19-a yoluxanların sayı 95 minə çatır

Qahirə, 3 avqust, AZƏRTAC

Misirdə COVID-19-a yoluxanların sayı 95 minə çatır. Həmçinin pandemiya dövründə 4865 pasiyent vəfat edib. AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmisi Hüssam Hüsnü keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, son həftə ərzində yoluxma və ölüm hallarında ciddi azalma müşahidə olunur. Son sutka ərzində isə 167 nəfər yeni növ koronavirusa yoluxub, 31 pasiyent isə həyatını itirib.

Rəsmi statistikaya əsasən, Misirdə yoluxma halları azalsa da, həyatını itirənlərin sayı hələ də yüksək olaraq qalır. Bunun qarşısını almaq üçün ölkədə 15 tibb mərkəzində yeni növ koronavirusdan sağalanların könüllü qan plazması donor məntəqələri açılıb. Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, donorların sayəsində son bir ayda karantin xəstəxanalarında pasiyentlərin 44,9 faizi sağalıb.

Misirin Səhiyyə naziri Halə Zayid bildirib ki, hazırda Yaxın Şərq və Afrikada ən böyük tibb sənayesi müəssisələrinə malik olan bu ölkədə “Remdesivir” preparatının istehsalı artırılıb. Artıq ərəb və Afrika ölkələrinə COVID-19 əleyhinə dərman preparatları və qoruyucu vasitələrin ixracına başlanılıb.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.