DÜNYA


Misirdə COVID-19 pandemiyasının üçüncü dalğası gözlənilir

Qahirə, 29 aprel, AZƏRTAC

Misirdə Ramazan ayında əhalinin məscidlərdə və ticarət obyektlərində bir yerə toplaşması nəticəsində COVID-19-a yoluxanların sayı artıb. AZƏRTAC xəbər verir ki, aprelin ilk günlərində yoluxma halları hər gün orta hesabla 600 nəfər idisə, son həftə bu rəqəm 1000-ə çatıb. Misirin səhiyyə naziri Halə Zayid keçirdiyi mətbuat konfransında bildirib ki, son altı gün ərzində yeni növ koronavirusa 5845 nəfər yoluxub, halbuki, ötən həftə bu rəqəm 1245 idi. Nazirin sözlərinə görə, aprelin 23-dən bəri karantin xəstəxanalarında 346 pasiyent vəfat edib. O, Ramazan ayında ölkədə pandemiyanın üçüncü dalğasının başlayacağı barədə xəbərdarlıq edib.

Misir hökuməti Qahirə Beynəlxalq Sərgi və Konqres Mərkəzini əhalinin COVID-19 əleyhinə vaksinasiyası üçün ayırdığını bəyan edib. Bununla belə, əhalinin cüzi hissəsinə - cəmi 5 faizinə vaksin vurulub. Rəsmi məlumata görə, 110 milyona yaxın əhlisi olan ölkədə vaksin vurulması üçün müraciət edənlərin sayı 1,8 milyondur. Hökumət pandemiyanın yeni dalğasının qarşısını almaq məqsədilə bir sıra sərt karantin tədbirləri həyata keçirəcəyini də bildirib. Eyni zamanda, Səhiyyə Nazirliyi karantin xəstəxanalarında çarpayıların sayının artırılması da planlaşdırır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.