Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Misirdə “Heydər Əliyev və dünya sülhü: Minalarla mübarizəyə giriş” adlı seminar keçirilib

Bakı, 10 iyun, AZƏRTAC

Misirin “Əl-Hivar” (Dialoq) Siyasi və Media Araşdırmaları Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü çərçivəsində “Heydər Əliyev və dünya sülhü: Minalarla mübarizəyə giriş” adlı seminar keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

Seminarda səfir E.Poluxov çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, tarixdəki rolu, onun Azərbaycan torpaqlarının işğalı zamanı vəziyyətdən çıxış yolu üçün göstərdiyi səylər haqqında geniş məlumat verib. Ulu Öndər Heydər Əliyevin dünyanın bir çox ölkələrində sülhə verdiyi töhfələr ilə xatırlandığını qeyd edərək, Ulu Öndərin Azərbaycanın müstəqillik əldə etdikdən sonra çətin mərhələdən çıxmasını təmin etdiyini bildirib, hakimiyyət illərində minalarla mübarizədə göstərdiyi çoxsaylı səylərə toxunaraq, onun uğurlarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib. E.Poluxov 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarda indiyədək qalmış mina təhlükəsindən söhbət açaraq, bu ərazilərdə mina partlaması nəticəsində yüzlərlə dinc sakinin həlak olması və şikəst qalmasını bəşəriyyət qarşısında ağır cinayət kimi dəyərləndirib.

General H.Ləbib çıxış edərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Misirdə xoş xatirələrlə yad edildiyini, Ulu Öndərin Azərbaycan daxilində və hüdudlarından kənarda sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirərək, onu yaranmış böhranlardan səmərəli şəkildə çıxan mahir bir siyasətçi kimi xarakterizə edib.

O, minalardan əziyyət çəkən ölkələrin bu problemdən qurtulması üçün beynəlxalq təşkilatlar tərəfindən maliyyə və texniki dəstək göstərilməsinin vacibliyini qeyd edib, belə ölkələrə maliyyə qrantlarının verilməsi ilə məşğul olan beynəlxalq təşkilatların dəstəklənməsinin vacibliyini bildirib. General minalardan daha çox mülki əhalinin əziyyət çəkdiyini və minalardan istifadə edən dövlətləri beynəlxalq məsuliyyətə çəkməyin zəruriliyini vurğulayıb.

“Əl-Hivar” (Dialoq) Mərkəzinin direktor müavini N. Abu Əl-Futuh çıxış edərək, mina probleminə toxunub və “Ərazilərin minalardan təmizlənməsi: Lider Heydər Əliyev baxışının öyrənilməsi” adlı işçi sənədi tədbir iştirakçılarına təqdim edib. Qeyd olunub ki, məhz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla Azərbaycanda minatəmizləmə sahəsində ixtisaslaşmış ANAMA agentliyi yaradılıb və Ulu Öndərin səyləri nəticəsində BMT-nin müvafiq proqramları bu problemin həllinə cəlb edilib.

Misirin ekologiya nazirinin keçmiş müavini Dr A.Haiba minaların ətraf mühitə vurduğu fəsadlar haqqında söhbət açıb, buna dair işçi sənəd təqdim edib. A. Haiba Misirin də İkinci Dünya müharibəsi zamanından basdırılmış və Sinay yarımadasında müharibədən sonra qalan minalardan əziyyət çəkdiyini və bu problemin həllinə dair bütün dünyada minalardan əziyyət çəkən ölkələrin vahid bir mövqedən çıxış etmək vacibliyini qeyd edib.

Seminarda Süveyş Universitetinin dekan müavini Dr.A. El-Derby çıxış edərək, dünyada mina məsələsi ilə əlaqədar beynəlxalq hüquqda olan məsələlərə toxunub və “Beynəlxalq hüquqda minaların təmizlənməsi" adlı sənəd təqdim edib.

Tədbirdə həmçinin azərbaycanlı ekspert, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümüd Mirzəyevin seminar iştirakçılarına mövzu ilə bağlı videomüraciəti nümayiş etdirilib.

Sonra məruzəçilər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Qeyd etmək lazımdır ki, seminar “Əl-Hivar” (Dialoq) Mərkəzinin minatəmizləmə sahəsinə marağı ilə yanaşı, sülhün qurulması və gələcək nəsillər üçün daha yaxşı gələcəyin təmin edilməsi üçün mühüm sahə kimi xarakterizə edilib və bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Tbilisidəki “Alyans” Gənclər Mərkəzində Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb

KXDR parlamenti bir neçə nazir və Mərkəzi Banka yeni rəhbər təyin edib

ABŞ Ssenaristlər Gildiyası beşaylıq tətili dayandırıb

Futbol üzrə İspaniya La Liqasında sürpriz lider

Budapeştdə 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub

Daşkənddə anbarlardan birində güclü partlayış və yanğın baş verib

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlar üçün Qərbin ciddi təkliflərini görmür

İtaliya A seriyası: “İnter”in beş oyunluq qələbə seriyası qırılıb

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bolqarıstan mediasında materiallar dərc olunub

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Pakistanda Anım Günü ilə bağlı tədbir keçirib

“Mançester Siti” bu mövsüm ilk dəfə məğlub olub

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dövlət xətti uğurla inkişaf edir

Anım Günü ilə əlaqədar Şirvanda ümumşəhər tədbiri keçirilib

Bakıda “Üzeyir Hacıbəylinin musiqi şah əsərləri” adlı fotosərgi açılıb

İki yüz illik işğal tarixi 44 gündə Qələbə təqvimi ilə əvəzləndi

Azərbaycanın Belarus əsilli Milli Qəhrəmanının xatirəsi anılıb

Rusiya Ruben Vardanyana heç bir hüquqi kömək etməyəcək

Azərbaycan və Rusiyanın XİN başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər

Milli həmrəyliyimizin təcəssümü olan Qələbəmiz tarixdə əbədi qalacaq - RƏY

İraqda Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb

Azərbaycan könüllüləri şəhidlərimizi ehtiramla yad ediblər

Anım Günü ilə əlaqədar Naxçıvan Baş Gömrük İdarəsində tədbir keçirilib

Vətən müharibəsi şəhidlərinin xatirəsi İsraildə də yad edilib

Ombudsman: Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir

DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib

Azərbaycan-Türkiyə münasibətləri Türk dünyasının birliyinə böyük töhfədir – RƏY

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında olub, şəhidlərin xatirəsini yad edib

Gürcü politoloq: Azərbaycan Prezidentinin “Qarabağ Azərbaycandır!” kəlamı əməli işdə də təsdiqini tapdı

Politoloq: Naxçıvan yeni nəqliyyat qovşağına çevrilir

Papa Fransisk: Aralıq dənizi məzar deyil, sivilizasiya və ümid mozaikasıdır

Vətən müharibəsi şəhidlərinin xatirəsi Azərbaycanın Fransadakı səfirliyində anılıb

Anım Günü ilə bağlı ədliyyə orqanlarında tədbirlər keçirilib

Lənkəranda Şəhidlər Abidə Kompleksi ziyarət olunub

Azərbaycandakı dini konfessiyaların rəhbərləri şəhidlərin xatirəsini anıblar

Günay Əfəndiyeva: Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir

Qaradağ rayonunda Anım Günü ilə əlaqədar 300-dən çox ağac əkilib

Şəhidlərin əziz xatirəsi hər zaman hörmət və ehtiramla anılır

Federasiya prezidenti: Tarixi zəfərimiz bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir

Şanlı Zəfərimizi təbliğ etmək, şəhidləri və qaziləri gənclər arasında tanıtmaq vacibdir

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir VİDEO

ADU-nun kollektivi Zəfər parkında olub

Pedaqoji Universitetin rəhbərliyi Zəfər parkını ziyarət edib

BDU-nun Hüquq fakültəsində şəhidlərin xatirəsi anılıb

Beynəlxalq konfransın iştirakçıları Qobustan Qoruğunu və palçıq vulkanlarını ziyarət ediblər

Nazir: Azərbaycan normallaşma istiqamətində səylərini bundan sonra da davam etdirəcək

Botanika İnstitutunun gənc alimi beynəlxalq konfransda çıxış edib

“Böyük zəfərdən tam və qəti qələbəyədək” - elmi konfrans

“Qalatasaray”ın qadın futbolçusu: Azərbaycan millisinə qələbə qazandırmaq möhtəşəm hissdir

ANAMA-nın kollektivi Zəfər Parkında və İkinci Şəhidlər xiyabanında olub

Azərbaycanla Türkiyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində tərəfdaşlığı daha da genişləndirəcək

Mərkəzi Elmi Kitabxanada şəhidlərin xatirəsi yad edilib

Daxili İşlər Nazirliyi Anım Gününə həsr olunmuş tədbir keçirib

BDU-nun Qazax filialında Anım Günü qeyd olunub

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkında olublar

Bişkekdə erməni yalanlarını ifşa edən kitab nəşr olunub

Deputat: Qarabağı tərk edən erməni sakinlərlə bağlı aparılan iyrənc təbliğat kənardan idarə olunur

Fizika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Keçmiş döyüşçü: Ağdərədə bayrağımızın asıldığını görmək mənim üçün ifadə edilə bilməyəcək hisslərdir

27 Sentyabr - Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş gün

BDU-da Anım Günü adlı kitab sərgisi təşkil olunub

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsini,Dövlət katibinin köməkçisini və Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib   YENİLƏNİB VİDEO

Gəncədə Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib

Torpaqlarımız uğrunda DSX-nin şəxsi heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbçilərin fədakarlığı unudulmayacaq

Dövlət Komitəsi: Böyük Qayıdış Xankəndidən məcburi köçkün düşmüş azərbaycanlı əhalini də əhatə edəcək

Moldova Konstitusiya Məhkəməsinin sədrinə Ermənistanın mina terroru barədə məlumat verilib

Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini ehtiramla yad edib

BŞTİ müdiri şəhid ailələri ilə görüşüb

Azərbaycan riyaziyyatçıları Türk Dünyası Riyaziyyatçılar Cəmiyyətinin medalları ilə təltif olunublar

Ordumuzun şücaəti sayəsində separatçılar təslim oldu

Xocavəndlilər şəhidlərin xatirəsini yad ediblər

BDU-da Anım Gününə həsr olunan tədbir keçirilib

ÜST məktəblərdə adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırır

Şəhid övladları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim ediblər

Şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə onları nümunə göstərmək hamının ən müqəddəs borcudur

Azərbaycan millisinin baş məşqçisi: Komandamızda perspektivli basketbolçular çoxdur

DMX-nin əməkdaşları şəhid olan Vətən övladlarının xatirəsini Zəfər parkında ehtiramla anıblar

Ağalıda şəhidlərin xatirəsi yad olunub

İdman ictimaiyyəti Zəfər parkında olub, şəhidlərin xatirəsi yad edilib

27 Sentyabr - Ali Baş Komandanın qətiyyətli siyasətinin və Ordumuzun gücünün təcəssümü

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Göyçayda Vətən müharibəsi şəhidləri anılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Rusiyalı ekspert: Artıq Bakı ilə Ankaranın geniş müttəfiqliyi inteqrasiya ilə əvəzlənir

AZƏRTAC-ın kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub

Coğrafiyaçı alim ölkəmizin su təchizatının yaxşılaşdırılması yollarından danışıb

Milli Məclisin nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb

Serbiyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiçdən

Bərdə terror qurbanları abidəsinin önündə Anım Gününə həsr olunmuş tədbir keçirilib

Mikrobiologiya İnstitutunun kollektivi II Fəxri xiyabanı ziyarət edib

Sumqayıtda Şəhidlər xiyabanı ziyarət olunub

Mikrobioloq alim Özbəkistanda beynəlxalq elmi konfransda plenar məruzə ilə çıxış edib

Sentyabrın 28-nə olan USD/AZN rəsmi məzənnəsi

Tərtərlilər şəhidlərimizin xatirəsini ehtiramla anıblar

27 Sentyabr şanlı Qələbəmizin başlanğıc tarixidir

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib

“AzerGold” QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsi yad edilib

Sahibkarlar üçün bank hesablarının açılması qaydası dəyişir

AZAL-ın pilotları Xarıbülbül çiçəyinin konturunu çəkiblər VİDEO

Rusiya XİN Fransa Prezidenti Emmanuel Makronun bəyanatını “təhrikçilik” adlandırıb