MƏDƏNİYYƏT


Misirdə ICESCO-nun Baş Konfransının XIV sessiyası keçiriləcək

Qahirə, 1 dekabr, AZƏRTAC

Dekabrın 8-9-da Misirin yeni inzibati paytaxtında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş Konfransının XIV sessiyası keçiriləcək.

Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, bu əsas tədbirdən öncə - dekabrın 6-da ICESCO İcraiyyə Şurasının 42-ci sessiyası baş tutacaq. İclasda 51 üzv ölkə, o cümlədən Azərbaycandan mədəniyyət naziri və ICESCO-nun milli komitələrinin sədrlərinin iştirakı ilə keçiriləcək Baş Konfransın XIV sessiyasının gündəliyi və təşkilati məsələlər müzakirə ediləcək.

Baş Konfransın sessiyasında ICESCO-nun 2019-2021-ci illərdə fəaliyyəti qiymətləndiriləcək, yeni Fəaliyyət Planı, büdcə təsdiq olunacaq. Tədbir çərçivəsində təhsil sahəsində yeni çağırışlar, kosmik tədqiqatlar mövzusunda xüsusi panellər də təşkil olunacaq.

Sonda ICESCO-nun Baş Konfransının XV sessiyasının tarixi və keçiriləcəyi ölkə müəyyən ediləcək. 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.