DÜNYA


Misirdə II Ramzesin dövrünə aid qiymətli arxeoloji tapıntılar aşkarlanıb

Qahirə, 29 iyul, AZƏRTAC

Misirdə fironlar şəhəri olan Memfisdən 2 kilometr cənub-şərqdə II Ramzesin dövrünə aid mərmər lövhələr və qadın heykəli aşkar edilib. Arxeoloji qazıntılar nəticəsində Qibti dövrünə aid olduğu bildirilən məişət əşyaları da tapılıb.

AZƏRTAC xəbər verir ki, Misirin Qədim Abidələr üzrə Ali Şurasının yaydığı məlumatda heykəlin çəhrayı və qara mərmərdən hazırlandığı, habelə lövhələrin üzərində Qədim Misirin paytaxtı Memfisin təsvirləri, transkripsiyalar olduğu bildirilib. Şuranın sədri Mustafa Vəziri deyib ki, əslində, firon II Ramzesin abidəsini axtaran arxeoloqlar naməlum qadın heykəlini aşkar ediblər. O əlavə edib ki, bundan əvvəl həmin ərazidə müharibə tanrıçası və fironların himayəçisi Sexmetin və səma tanrıçası Hazorun heykəlləri tapılıb.

Qeyd olunub ki, Memfis yaxınlığında arxeoloji qazıntılar davam etdiriləcək. Arxeoloqlar eradan əvvəl 1279-1213-cü illərdə hakimiyyətdə olmuş Qədim Misirin ən qüdrətli fironu, Doqquzuncu sülalənin və Yeni Krallığın banisi II Ramzesin heykəlini tapmağa çalışacaqlar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.