İQTİSADİYYAT


Misirdə “Made in Azerbaijan” brendli məhsulların təqdimatı keçirilib

Qahirə, 30 aprel, AZƏRTAC

Müqəddəs Ramazan ayı ərəb-müsəlman ölkələrində çox fərqli şəkildə keçir. Əhalisinin sayına görə ən böyük ərəb ölkəsi sayılan Misirdə də adətə uyğun olaraq, iftar süfrələri özünəməxsus şəkildə bəzədilir, müxtəlif rəngarəng tədbirlər təşkil edilir. COVID-19 pandemiyası səbəbindən bir çox məhdudiyyətlər mövcud olsa da, bu il də Misirin tanınmış beşulduzlu mehmanxanalarında hökumətin tövsiyələrinə uyğun şəkildə iftar süfrələri açılır.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyi Misirin tanınmış beşulduzlu “Concorde-El-Salam” hotelində “Made in Azerbaijan” brendli məhsulların təqdimatını təşkil edib. Təqdim olunan məhsullar sırasında müxtəlif çərəzlər, qoz, fındıq, badam, bəkməz, kişmiş, qaysı, meyvə şirələri, kompotlar, mürəbbələr, bal, şəkərbura, paxlava, qablaşdırılmış çay növləri olub.

İftar vaxtı keçirilən tədbir Misir ictimaiyyəti, o cümlədən dəvət olunan iş adamları və jurnalistlər, habelə hotelin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

“Made in Azerbaijan” brendli məhsullarımızın dadı və keyfiyyəti ilə tanış olan qonaqlar tədbirdən xeyli məmnun qaldıqlarını ifadə ediblər. Həmçinin bu tədbir iki ölkə arasında biznes mühitinin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malik olmaqla, misirli iş adamlarının diqqətini cəlb edib.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.