MƏDƏNİYYƏT
Misirdə Nizami Gəncəvinin 880 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək
Qahirə, 12 fevral, AZƏRTAC
Misirdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, fevralın 14-də Azərbaycanın Misirdəki Səfirliyinin təşkilatçılığı ilə Misir Milli Kitabxanasında geniş tədbir təşkil ediləcək. Qahirənin tanınmış ictimai xadimləri, şair və yazıçıları, habelə jurnalistlər və diplomatların iştirakı ilə kitab və rəsm əsərlərinin sərgisi olacaq. Nizami Gəncəvinin əsərləri və Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyatı barədə kitablar Misir Milli Kitabxanasına hədiyə olunacaq. Daha sonra dahi Nizaminin zəngin irsi, onun ərəb dünyasında ədəbi fikrin formalaşmasında rolu barədə tədqiqatçı alimlərin məruzələri təqdim olunacaq.
Nizami Gəncəvi irsi və Azərbaycan rəssamlarının əsərlərindən ibarət kitab və rəsm sərgilərinin Misirin məşhur İsgəndəriyyə kitabxanasında və əcnəbi turistlərin axın etdiyi Şarm əl-Şeyxdə də təşkil edilməsi nəzərdə tutulur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [11:02]
Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür
- 24.04.2024 [23:42]
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
- 24.04.2024 [22:16]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [21:52]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub VİDEO
Azərbaycan nefti bahalaşıb
- [09:00]
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
- 24.04.2024 [23:42]
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
- 24.04.2024 [23:21]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:45]
DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub
- 24.04.2024 [22:35]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [22:16]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [22:07]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub VİDEO
- 24.04.2024 [21:52]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [21:31]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [21:08]
Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH
- 24.04.2024 [21:02]
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİB VİDEO
- 24.04.2024 [20:46]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [20:27]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [20:05]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:37]