DÜNYA


Misirdə Şimali Afrika və Yaxın Şərqin ən böyük neft-kimya kompleksi tikiləcək

Qahirə, 30 aprel, AZƏRTAC

Misirdə Qırmızı dəniz Milli Neft-kimya Şirkəti tərəfindən Şüveyş kanalı Azad İqtisadi Zonasının ərazisində Şimali Afrika və Yaxın Şərqin ən böyük neft-kimya kompleksinin tikintisinə dair kontrakt imzalanıb.

AZƏRTAC xəbər verir ki, imzalama mərasimində çıxış edən Misirin neft və mineral ehtiyatlar naziri Tarik Molla layihənin icrasına 7,5 milyard dollar vəsait ayrılacağını deyib. Onun sözlərinə görə, Süveyş kanalı Azad İqtisadi Zonasında yerləşən Ayn Soxna ərazisində tikiləcək kompleksdə Şimali Afrika və Yaxın Şərq ölkələrindən tədarük ediləcək xam neftin emalı ilə yanaşı, həm də müxtəlif neft-kimya məhsullarının istehsalı nəzərdə tutulur.

Nazir əlavə edib ki, 3,56 milyon kvadratmetr ərazidə yerləşəcək kompleks Misir iqtisadiyyatına böyük həcmdə gəlir gətirəcək.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.