MƏDƏNİYYƏT


Misirdə XIV əsrə aid daha bir mədəniyyət abidəsi bərpa edilib

Bakı, 14 yanvar, AZƏRTAC 

Misir turizminin xəritəsinə daha bir obyekt əlavə olunub. AZƏRTAC MENA informasiya agentliyinə istinadla xəbər verir ki, XIV əsrə aid daha bir mədəniyyət abidəsi – İskəndəriyyə şəhərindəki sinaqoqun bərpa işləri başa çatıb.

Eliyahu Hənəvi sinaqoqunda XIX əsrin ortalarında italyan memarları tərəfindən əlavə olunmuş rəngli şüşələri olan pəncərələr, mərmər sütunlar əvvəlki görkəminə qaytarılıb. Bu məbəd 1798-ci ildə Napoleon Bonapartın qoşunlarının Misirə hücumu zamanı dağıdılmışdı. Misirin Qədim Abidələr Nazirliyi və ordunun köməyi ilə 4 milyon dollar xərclənən 3 il davam edən bərpa işləri yanvarın 11-də yekunlaşıb.

Sinaqoqun binasını ziyarət edən İskəndəriyyə yəhudiləri Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə təşəkkürlərini bildiriblər. Qeyd olunur ki, vaxtilə İskəndəriyyədə 40 mindən çox yəhudi yaşayıb, lakin İsrail dövlətinin yaranmasından sonra onların əksəriyyəti şəhəri tərk edib. Misirin dövlət başçısı bəyan edib ki, yəhudilərin və koptik xristianların qədim ibadət yerlərinin bərpa olunması hökumətin prioritetlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.