DÜNYA


Misirdə altı ərəb ölkəsinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlanır

Qahirə, 3 noyabr, AZƏRTAC

Bu gün Misirdə altı ərəb ölkəsinin iştirakı ilə “Ərəblərin qalxanı-1” genişmiqyaslı hərbi təlimləri başlanır.

AZƏRTAC Misirin Silahlı Qüvvələrinin məlumatına istinadla xəbər verir ki, təlimlər Yaxın Şərqin ən iri Məhəmməd Naqib adına hərbi bazasında noyabrın 16-dək davam edəcək. Hərbi təlimlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İordaniya və Bəhreynin hərbçiləri iştirak edirlər. Livan və Mərakeş isə təlimlərə müşahidəçi qismində qatılıb.

Silahlı Qüvvələrin bəyanatında qeyd olunur ki, keçirilən təlimlər Misirlə ərəb ölkələri arasında hərbi sahədə əməkdaşlığa və ümumi məqsədlərin həyata keçirilməsi üçün hərbi potensialın artırılmasına yönəlib. “Belə təlimlər Yaxın Şərq regionunda sülhün və sabitliyin saxlanılması üçün vacibdir”, -deyə bəyanatda vurğulanır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.