DÜNYA


Misirdə avtobusa hücum etmiş terrorçular məhv edilib

Qahirə, 4 noyabr, AZƏRTAC

Misirin təhlükəsizlik qüvvələri ölkənin Əl-Minya əyalətində qibti xristianlarla dolu avtobusa hücum etmiş 19 terrorçunu məhv ediblər.

AZƏRTAC Misirin Daxili İşlər Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, terrorçuların olduğu yer haqqında operativ məlumat alınandan sonra polis onların zərərsizləşdirilməsi üzrə əməliyyat keçirib. Əməliyyat nəticəsində bütün ekstremistlər məhv edilib.

Xatırladaq ki, noyabrın 2-də Əl-Minya əyalətində naməlum şəxslər Müqəddəs Samuil monastırına gedən qibti xristianlarla dolu avtobusu atəşə tutublar. Nəticədə 7 nəfər həlak olub, 10-dan çox insan yaralanıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.