DÜNYA


Misirdə baş prokurora sui-qəsd təşkil edən 9 nəfər edam olunub

Bakı, 20 fevral, AZƏRTAC

2015-ci ildə Misirin baş prokuroru Hişam Bərəkət terrorçuların sui-qəsdi nəticəsində həlak olmuşdu. AZƏRTAC Misir mətbuatına istinadla xəbər verir ki, fevralın 20-də həmin sui-qəsdin təşkilatçıları olmuş 9 nəfər barəsində çıxarılmış edam hökmü icra edilib.

Beynəlxalq hüquq təşkilatlarının, o cümlədən “Amnesty International”ın edam hökmünü ömürlük həbs cəzası ilə əvəz etmək barədə Misir hökumətinə müraciəti nəticəsiz qalıb. Ötən ilin noyabrında ilkin məhkəmənin qətnaməsinə yenidən baxan Ali Apellyasiya Məhkəməsi Qahirədə avtomobilinə bombalı hücum nəticəsində həlak olmuş baş prokurorun qatilləri barədə ölüm hökmünü qüvvədə saxlayıb. Edam olunanlar arasında “Müsəlman qardaşları” hərəkatının liderlərindən biri Məhəmməd Tahanın oğlu Vəndam da var.

Xatırladaq ki, Misirdə digər iki cinayət faktı – hakimin oğlunun və polis zabitinin qətlə yetirilməsi üzrə ittiham edilən daha 6 nəfərin barəsində ölüm hökmü çıxarılıb və fevral ayında onlar edam olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.