DÜNYA


Misirdə daha beş nəfər yeni növ koronavirusdan ölüb

Qahirə, 5 aprel, AZƏRTAC

Misirdə COVID-19 virusundan ölənlərin sayı 71 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Baş Naziri Mustafa Madbuli məlumat verib. O qeyd edib ki, son bir sutkada xəstəlikdən daha 5 nəfər dünyasını dəyişib.

Baş Nazir bildirib ki, aprelin 4-də ölkədə koronavirusa 85 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 1071 nəfərə çatıb. Onun sözlərinə görə, COVID-19 virusuna yeni yoluxanların hamısı xarici ölkələrdən gələn Misir vətəndaşlarıdır.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 23 nəfər, o cümlədən 3 əcnəbi koronavirusdan müalicə olunub. İndiyədək 241 koronavirus xəstəsi tam sağalıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.