MƏDƏNİYYƏT


Misirdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edilib

Qahirə, 15 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə bağlı Sərəncamına uyğun olaraq, ölkəmizin Misirdəki səfirliyi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edib.

AZƏRTAC xəbər verir ki, Misirin Mərkəzi Kitabxanasında keçirilən konfransda bu ölkənin ictimai-siyasi xadimləri, beyin mərkəzlərinin nümayəndələri, müxtəlif universitetlərin müəllim heyəti, tələbələri, Azərbaycan diasporu, KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Misirin Mərkəzi Kitabxanasının müdiri, səfir Rza Tayfi Azərbaycanın və Şərqin dahi şairi və mütəfəkkiri Nizaminin yaradıcılığına həsr edilmiş konfransın keçirilməsini əlamətdar hadisə adlandırıb.

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Misir Parlamentinin deputatı, Dini məsələlər və Vəqflər Komitəsi sədrinin müavini, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Usama Əl-Əbd tədbirin əhəmiyyətindən danışıblar. Natiqlər Misir ilə Azərbaycan arasında tarixi-mədəni əlaqələrin dərin kökləri olduğunu, Nizami Gəncəvinin nəinki Azərbaycanda, həm də dünyada, o cümlədən ərəb ölkələrində geniş tanındığını vurğulayıblar.

Sonra Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri kafedrasının müdiri Cəlal Əl-Hifnavi, Misirdəki Amerika Universitetinin professoru Raşa Ğanim, Azərbaycanın Misirdəki diasporunun sədri Seymur Nəsirov məruzələrlə çıxış edərək Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, dahi Nizaminin zəngin ədəbi irsi sülh və tolerantlığın nümunəsidir. 1991-ci ildə UNESCO tərəfindən “Nizami ilinin” elan olunmasını xatırladan natiqlər vurğulayıblar ki, Azərbaycan şairi olan Nizami Gəncəvi əsərlərini müxtəlif dillərdə yazıb. Alimlər, həmçinin dahi şairin məşhur “Xəmsə”si ilə bağlı tədqiqatları təqdim ediblər.

Konfrans misirli jurnalistlər tərəfindən də geniş işıqlandırılıb, habelə səfir T.Rzayev Misirin “Nil Mədəniyyət” televiziya kanalına müsahibə verib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.