DÜNYA


Misirdə daşınmaz əmlak alan xaricilərə “oturum icazəsi” veriləcək

Qahirə, 27 noyabr, AZƏRTAC

Misirdə daşınmaz əmlak alan xarici vətəndaşlara “oturum icazəsi” veriləcək.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Misirdə birillik “oturum icazəsi” almaq üçün daşınmaz əmlaka qoyulan sərmayənin məbləği 100 min dollar təşkil etməlidir. Bildirilir ki, 200 min dollar dəyərində daşınmaz əmlak alan şəxslərə 3 il müddətinə, 400 min dollar dəyərində əmlak alanlara isə 5 il müddətinə “oturum icazəsi” veriləcək.

Misirin mənzil tikintisi nazirinin müavini Xalid Abbas mətbuata açıqlamasında deyib ki, hazırda sərmayəçilər üçün nəzərdə tutulmuş qaydalar İmmiqrasiya Nazirliyi ilə məsləhətləşmələr yolu ilə müəyyən olunur. Onun sözlərinə görə, xaricilərə “oturum icazəsi” rəsmi dövlət orqanı tərəfindən təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında veriləcək. Misirdə əmlak alan xarici vətəndaşlar yalnız ölkədə 10 il yaşadıqdan sonra səsvermə hüququna malik olacaqlar.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.