DÜNYA
Misirdə dəmir yolu qəzası qurbanlarının sayı 23-ə çatıb
Qahirə, 21 aprel, AZƏRTAC
Misirdə bazar günü baş vermiş dəmir yolu qəzasında həlak olanların sayı 23-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə açıqlama verən Misirin səhiyyə naziri daha 139 sərnişinin yaralandığını bildirib. Hazırda paytaxt Qahirənin xəstəxanalarında müalicə olunan yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.Son bir ayda ard-arda baş verən 3 dəmir yolu qəzası ilə əlaqədar Misir baş prokurorluğu ölkənin Dəmir Yolu Departamentinin 23 işçisinin həbsi barədə sanksiya verib. Baş prokuror Hamada Əl-Savi bildirib ki, Qalyubiyyədə relsdən çıxmış qatarın maşinisti və onun köməkçisi, habelə çoxlu sayda işçilərə qarşı səhlənkarlıq maddəsi ilə cinayət işi qaldırılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]