DÜNYA
Misirdə dəmir yolu qəzasında 32 nəfər həlak olub
Qahirə, 18 aprel, AZƏRTAC
Misirin Qalubiyyə vilayətində Qahirə-Mansura marşrutu ilə hərəkət edən sərnişin qatarının 4 vaqonunun relsdən çıxması nəticəsində azı 32 nəfərin həlak olduğu, 109 sərnişinin yaralandığı bildirilir. Ölənlərin sayı ilə bağlı məlumatı “Alarabia” telekanalı verib. Misir mətbuatı isə onların sayını açıqlamayıb.
AZƏRTAC xəbər verir ki, sərnişinlərdən bir neçəsi relsdən çıxan vaqonların altında qalıb. Onların xilas edilməsi üçün əraziyə xilasetmə briqadası cəlb olunub. Misirin səhiyyə naziri Halə Zayid hadisə yerinə gəlib. O bildirib ki, qəza yerinə 57 təcili tibbi yardım maşını göndərilib və yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Bu, Misirdə son bir ay ərzində baş verən üçüncü qatar qəzasıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]