CƏMİYYƏT


Misirdə ekoloji məqsədlə düyü samanından taxta məhsulları istehsal olunacaq

Bakı, 14 fevral, AZƏRTAC 

Misirdə düyü samanının yandırılması nəticəsində havanın çirklənməsinin qarşısını almaq məqsədilə yeni müəssisə tikiləcək. AZƏRTAC Ahram internet portalına istinadla xəbər verir ki, tezliklə istifadəyə veriləcək fabrikdə düyü samanından taxta məhsulları istehsal ediləcək.

Misir hökumətinin tikintisinə 228 milyon dollar vəsait ayırdığı müəssisə Nil çayının deltasında yerləşən Beheyra əyalətində yerləşəcək. Burada mebel sənayesində istifadə olunacaq 205 min kvadratmetr orta sıxlıqlı lif lövhələri istehsal olunacaq. Fabrikin avadanlığı Almaniyanın “Siempelkamp” mühəndislik şirkəti tərəfindən quraşdırılacaq. Alman firması müəssisənin tikintisində də iştirak edəcək. Fabrikin tikintisi barədə kontrakt Qahirədə keçirilən beynəlxalq enerji konfransı çərçivəsində Misirin dövlət “Petrojet”, Almaniyanın “Siempelkamp” şirkətləri və WOTECH texnologiya firması arasında imzalanıb.

Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının tullantılarının təkrar emalı ifrat hava çirkliliyi olan Misirdə hökumətin diqqət mərkəzindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.