DÜNYA


Misirdə iki avtobusun toqquşması nəticəsində 3 nəfər ölüb

Qahirə, 7 fevral, AZƏRTAC

Sinay yarımadasındakı Şarm əş-Şeyx kurort şəhərinin yaxınlığında iki avtobusun toqquşması nəticəsində üç nəfər ölüb. Onlardan ikisi uşaq, biri isə qadındır.

AZƏRTAC xəbər verir ki, yol-nəqliyyat qəzasında daha 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Avtobusların birində iraqlı turistlər, digərində isə yerli sakinlər olublar.

Hadisə yerinə 20 təcili tibbi yardım maşını cəlb olunub.

İlkin məlumatlara görə, avtobusların toqquşmasının səbəbi güclü yağışdan sonra yolun sürüşkən olmasıdır.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.