CƏMİYYƏT


Misirdə iki həftə əvvəl Çindən qayıdan 617 nəfər karantindən buraxılıb

Bakı, 17 fevral, AZƏRTAC 

Misirin Səhiyyə Nazirliyi Çinin Uxan şəhərindən iki həftə əvvəl xüsusi təyyarə ilə gətirilmiş 617 nəfərin karantindən buraxıldığını elan edib. Misir vətəndaşları 14 gün müddətində həkimlərin nəzarəti altında xüsusi düşərgədə saxlanılıblar.

AZƏRTAC Misir KİV-nə istinadla xəbər verir ki, karantindən buraxılan şəxslərlə görüşən Səhiyyə naziri Halə Zayed bu insanların heç birində koronavirus xəstəliyinin olmadığını bəyan edib. Onun sözlərinə görə, ölkədə yalnız bir Çin vətəndaşında bu qorxulu virus aşkar edilib və hazırda onu xüsusi palatada müalicə edirlər.

Misirli nazirin sözlərinə görə, ölkədə koronavirusla mübarizə üzrə fəal tədbirlərin həyata keçirilməsinə yanvarın 7-də start verilib. Bu məqsədlə Dünya Səhiyyə Təşkilatı ilə sıx əlaqə yaradılıb və 24 saat ərzində Matruh vilayətində 800 xəstəni qəbul edə biləcək xüsusi hospital yaradılıb. Hökumət həmin müalicə ocağının tibb avadanlığı üçün 65 milyon dollar vəsait ayırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.