DÜNYA
Misirdə məhkumlarla polis arasında insident zamanı 7 nəfər ölüb
Qahirə, 24 sentyabr, AZƏRTAC
Misirin paytaxtındakı Tora həbsxanasında polislə məhkumlar arasında baş vermiş insident zamanı 7 nəfərin öldüyü bildirilir. Rəsmi mənbələrdən “Əl Əhram” qəzetinə məlumat veriblər ki, ölənlərin 3-ü qanun keşikçisidir.
Qəzetin xəbərində qeyd olunub ki, insident edam cəzasına məhkum edilmiş məhbusların həbsxanadan qaçmağa cəhd göstərdiyi vaxt baş verib. Polis əməkdaşlarını bıçaqla qətlə yetirən məhkumlara avtomat silahlardan atəş açılıb. Onlardan 4 nəfəri öldürülüb, bir neçəsi yaralanıb.
Qahirə prokurorluğu faktla bağlı təhqiqata başlayıb. Qaçmağa çalışan məhkumları soyuq silahla təmin edən şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [17:42]
Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib
- 20.04.2024 [17:33]
Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib
- 20.04.2024 [17:10]
Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır
- 20.04.2024 [16:58]
“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib
- 20.04.2024 [16:55]
77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib
- 20.04.2024 [15:30]
Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür
- 20.04.2024 [14:54]
“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb
- 20.04.2024 [14:20]