DÜNYA


Misirdə məişət tullantıları yığanlar öz həmkarlar ittifaqını yaradıblar

Qahirə, 5 yanvar, AZƏRTAC

Misirin cənubunda yerləşən Luksor əyalətindəki məişət tullantıları yığanlar öz həmkarlar ittifaqını yaradıblar.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə həmin həmkarlar ittifaqının sədri Şehatə əl-Mükaddas məlumat verib. Bildirib ki, turizmi inkişaf etdirmək məqsədilə əyalətdə təmizlik işlərinin aparılması üçün həmkarlar ittifaqı yaradılıb. Onun sözlərinə görə, həmkarlar ittifaqı çərçivəsində təmizlik işlərinə cavabdeh xüsusi turizm komitəsi yaradılacaq. O deyib ki, Luksor turizm məkanıdır və burada nümunəvi təmizlik olmalıdır.

Sədr, həmçinin qeyd edib ki, yeni yaranmış həmkarlar ittifaqının nəzdində fəaliyyət göstərəcək turizm komitəsinin təşkil edilməsi qərarı məişət tullantıları yığmaq sahəsində çalışan 200 işçinin müraciətindən sonra qəbul edilib.

Qeyd etmək lazımdır ki, turistlər arasında çox məşhur olan Luksor şəhərində və onun ətrafında onlarla qədim abidələr, sərdabalər və məbədlər var.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.