DÜNYA


Misirdə rekonstruksiya olunmuş qədim Sfinkslər prospektinin açılışı olub

Qahirə, 26 noyabr, AZƏRTAC

Misirin Luksor şəhərində rekonstruksiya olunmuş ən qədim tarixi Sfinkslər prospektinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, təntənəli açılış mərasimində Misir Prezidenti Əbdülfəttah əl-Sisi iştirak edib.

Misirin dövlət başçısı 2,7 kilometr uzunluğunda olan, Luksor və Karnak məbədlərini birləşdirən Sfinkslər prospekti ilə addımlayıb.

Sonra Qədim Misir kraliçası Hatşetsup haqqında mahnının sədaları altında parad olub, qədim misirlilərin geyimində olan aktyorlar fironlar dövrünün ayinlərini və rəqslərini ifa ediblər.

Dünyanın ən böyük açıq hava muzeyi olan Luksor şəhərinə Misir fironlarının qayıqları gətirilib. Onlar neon lampaları ilə işıqlandırılan 3 min il əvvələ aid sfinks heykəllərinin arasından keçərək Karnak məbədinə çatdırılıb. Qədim Misir irsi haqqında nümayiş etdirilən sənədli filmdə göstərilib ki, Luksorda 1057 heykəl, o cümlədən 309 sfinks abidəsi mövcuddur.

Mərasimin sonunda atəşfəşanlıq və konsert olub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.