DÜNYA


Misirdə sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər ölüb

Qahirə, 7 iyul, AZƏRTAC

Misirin Abu-Simbel əyalətindən Asuana gedən avtobusun aşması nəticəsində azı 8 nəfərin öldüyü bildirilir. Yol qəzasında yaralanan 44 sərnişin Asuan Universiteti Xəstəxanasına çatdırılıb. Onların arasında vəziyyəti ağır olan azyaşlılar da var.

AZƏRTAC xəbər verir ki, qəzaya uğrayan avtobusun sərnişinlərinin əksəriyyəti Sudan vətəndaşlarıdır. Asuan vilayətinin prokurorluğu insidentlə bağlı təhqiqat aparır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.