DÜNYA


Misirdə terror aktı törədilib

Qahirə, 22 yanvar, AZƏRTAC

İraqdakı partlayışa görə məsuliyyəti öz üzərinə götürən İŞİD bir gün sonra Misirin Şimali Sinay bölgəsində də terror aktı törədib.

AZƏRTAC xəbər verir ki, Aralıq dənizi sahilində yerləşən Şeyx Züveyd qəsəbəsindəki magistral yolun kənarında quraşdırılan bombanın partlaması nəticəsində ərazidə post-patrul xidməti aparan təhlükəsizlik qüvvələrinin bir zabiti həlak olub, daha üç əsgər isə ağır yaralanıb.

“Əl-Ərəbiyə” telekanalının xəbərində qeyd olunub ki, bu terror aktı barədə məlumatı Misirin rəsmi mənbələri yayıb.

Misir ordusu 2013-cü ildən Sinay yarımadasının şimalında İŞİD terror təşkilatı və “Müsəlman qardaşları” birliyinin silahlıları ilə mübarizə aparır. 2018-ci ildən isə terrorçuların yarımadanın cənubunda yerləşən kurort şəhərlərinə sızmasının qarşısını almaq məqsədilə genişmiqyaslı hərbi əməliyyatlar keçirilir. Bundan başqa, ölkədə sabitliyin qorunması məqsədilə yanvarın 21-də Misir parlamenti Prezident Əbdülfəttah əl-Sisinin ölkə üzrə 2017-ci ildə elan edilmiş fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılması ilə bağlı sərəncamını təsdiqləyib.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.