DÜNYA


Misirdə uşaq həbsxanasında yanğın nəticəsində azı 6 azyaşlı məhkum həyatını itirib

Qahirə, 4 iyun, AZƏRTAC

Misir paytaxtının Marj rayonunda yetkinlik yaşına çatmayanlar üçün həbsxanada baş vermiş yanğın nəticəsində azı 6 uşağın həyatını itirdiyi bildirilir.

AZƏRTAC xəbər verir ki, Misir Penitensiar Xidmətinin məlumatında 20-dən çox azyaşlı məhkumun da yaralandığı qeyd olunub. İnsidentin uşaqlar arasında dava-dalaşdan sonra baş verdiyini bildirən rəsmi mənbə prokurorluq tərəfindən təhqiqat aparıldığını əlavə edib. İlkin versiya olaraq, yanğının elektrik naqilində qısa qapanma nəticəsinə baş verdiyi qeyd olunub.

Misirin rəsmi “Əxbar Əl-Yom” qəzetinin yazdığına görə, yanğın zamanı qaçaraq xilas olmaq istəyən uşaqların qarşısını həbsxana nəzarətçiləri alıblar. Uşaq penitensiar müəssisəsində yanğın təhlükəsizliyinin standartlara cavab verməməsi də ağır faciəyə səbəb olub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.