DÜNYA


Misirdə xəstəxanada baş verən yanğında azı 3 nəfər həlak olub

Misirdə xəstəxanada baş verən yanğında azı 3 nəfər həlak olub

Bakı, 4 fevral, AZƏRTAC

Misirin paytaxtı Qahirənin Matariya rayonundakı xəstəxanada baş vermiş güclü yanğın nəticəsində azı 3 nəfərin həlak olduğu bildirilir. AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir qonşu rayonların hospitallarına aparılan yanıq xəsarətləri almış 32 nəfərdən 9-nun vəziyyəti ağırdır.

Misirin Səhiyyə Nazirliyi bildirib ki, yanğın xəstəxananın radiologiya şöbəsində başlayıb və qısa müddətdə binanın böyük bir hissəsini əhatə edib. Səhiyyə naziri Xaled Abdel Qaffar jurnalistlərə müsahibəsində ölü sayının artacağı ehtimalını istisna etməyib.

Qahirə şəhərinin prokurorluğu insidentlə bağlı cinayət işi açıb və təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.