SİYASƏT


Misirdə yaşayan azərbaycanlılar ulu öndər Heydər Əliyevin xatirəsini daim əziz tuturlar

Qahirə, 11 may, AZƏRTAC

Misirdə yaşayan azərbaycanlılar ulu öndər Heydər Əliyevin xatirəsini daim əziz tuturlar. Bu sözləri uzun illərdir Qahirədə fəaliyyət göstərən Azərbaycan diasporunun fəalları söyləyiblər.

Ölkəmizi Misirdə layiqincə təmsil edən Qahirə Universitetinin professoru, tədqiqatçı-alim Seymur Nəsirov, doktor Səda Əli, iş adamı Ceyhun Xəlilov, Əl-Əzhər Universitetinin müəllimi İnarə Osmanova, magistratura tələbəsi Mirnəsir Nağıyev AZƏRTAC-ın müxbirinə bildiriblər ki, xalqımızın ümummilli lideri Heydər Əliyev öz həyatını təhlükəyə ataraq ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən xilas edib, Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxarıb. Məhz onun müdrik xarici siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın hər yerində, o cümlədən Misirdə böyük nüfuz sahibi olan dövlət kimi tanınır. Ulu Öndərin və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Misirə səfərləri, ölkələrimiz arasında möhkəm əlaqələrin qurulması sayəsində azərbaycanlı ziyalılar bu ölkənin ictimai, elmi və mədəni həyatında fəal iştirak edirlər.

Diaspor fəalları vurğulayıblar ki, onlar Heydər Əliyevin zəngin irsini öyrənir, eyni zamanda, İslam aləminin bu dahi şəxsiyyəti haqqında Misir ictimaiyyətini məlumatlandırırlar. Belə ki, həmvətənlərimiz yerli mətbuatda vaxtaşırı olaraq Heydər Əliyev və Azərbaycanın uğurları barədə çıxışlar edir, onların məqalələri və müsahibələri dərc olunur.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.