DÜNYA


Misirdə yeni növ koronavirusdan ölənlərin sayı 85 nəfərə çatıb

Qahirə, 7 aprel, AZƏRTAC

Misirdə koronavirusdan (COVID-19) ölənlərin sayı 85 nəfərə çatıb.

ZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Nazirliyin mətbuat katibi Xalid Meqahed söyləyib ki, son bir sutkada xəstəlikdən daha 7 nəfər dünyasını dəyişib.

X.Meqahed vurğulayıb ki, aprelin 6-da ölkədə koronavirusa rekord sayda - 149 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 1322 nəfərə çatıb. Onun sözlərinə görə, COVID-19 virusuna yeni yoluxanların hamısı Misir vətəndaşlarıdır.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 12 nəfər müalicə olunaraq evə buraxılıb. İndiyədək 259 koronavirus xəstəsi tam sağalıb. Qeyd olunub ki, həyatını itirənlərin 30 faizi xəstəxanaya çatmamış yolda keçinib.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.