DÜNYA
Misirdə yol qəzası nəticəsində azı 12 nəfər ölüb
Qahirə, 20 noyabr, AZƏRTAC
Misirin Qırmızı dəniz vilayətindəki Ras Qarib şəhərinin yaxınlığında avtobusun aşması nəticəsində azı 12 sərnişinin öldüyü bildirilir. Qəzada yaralanan 27 nəfər Ras Qarib xəstəxanasına çatdırılıb. Misirin Səhiyyə Nazirliyinin məlumatında onlardan 5-nin vəziyyətinin ağır olduğu qeyd edilib. Prokurorluq qəza ilə bağlı təhqiqat aparır.
AZƏRTAC xəbər verir ki, Misir hökuməti avtomobil yollarında sıxlığın aradan qaldırılması məqsədilə genişmiqyaslı infrastruktur layihələri həyata keçirir. Buna baxmayaraq, bu ölkənin Statistika Agentliyi cari ildə yol qəzalarında ölüm hallarının 15,2 faiz artdığını qeyd edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]