Misirdə yol qəzasında azı 17 nəfər ölüb
AzerTAg.az
Qahirə, 3 avqust, AZƏRTAC
Misir paytaxtından 390 kilometr aralıda yerləşən Sohaq vilayətinin Cuhaynah rayonunda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 17 nəfərin öldüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, yol qəzasında xəsarət alan 4 sərnişin Sohaq vilayət xəstəxanasına çatdırılıb. Onların da vəziyyətinin ağır olduğu və ölü sayının arta biləcəyi barədə məlumat yayılıb. Vilayət prokurorluğu yol qəzası ilə bağlı təhqiqat aparır.
Statistik rəqəmlərə görə, Misirdə avtobus qəzalarında ölənlərin sayı artır. Belə ki, bir həftə əvvəl Minya vilayətində baş vermiş yol qəzasında 27 nəfər həlak olmuş, 30 sərnişin yaralanmışdı.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin mətnində orfoqrafik səhv var