DÜNYA
Misirdə yol qəzasında azı 7 nəfər ölüb


Qahirə, 17 avqust, AZƏRTAC
Misirin paytaxtı ilə İsmailiyə şəhəri arasındakı magistral yolda mikroavtobusun aşması nəticəsində azı 7 nəfərin öldüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, yol qəzasında ağır yaralanan 13 sərnişin İsmailiyə şəhərindəki hospitala çatdırılıb. Onların arasında uşaqlar da var. Misirin daxili işlər nazirinin müavini Mahmud Aşur jurnalistlərə müsahibəsində bildirib ki, yol qəzası ilə bağlı cinayət işi qaldırılıb, prokurorluq tərəfindən təhqiqat aparılır.
Avqustun 16-da paytaxt Qahirədə baş vermiş digər yol qəzasında Misirin yeni təyin olunmuş regional inkişaf naziri Hişam Amna və daha üç nəfər yaralanıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.12.2023 [16:43]
“X” sosial platforması süni intellekt proqramını istifadəyə verir
- 08.12.2023 [16:23]
Qərbi Balkan ölkələri öz gələcəyini Aİ-yə inteqrasiyada görür
- 08.12.2023 [16:12]
“Honda” 1 milyon 138 min avtomobilini geri çağıracaq
- 08.12.2023 [16:02]
Moskvadan Tbilisiyə gələn təyyarə eniş edə bilməyib
- 08.12.2023 [15:57]
Vladimir Putin prezident seçkilərində iştirak edəcəyini bildirib
- 08.12.2023 [15:16]
Türkiyə ilk milli süni intellekt üzərində çalışır
- 08.12.2023 [15:12]
Qəzzadan daha 114 xəstə müalicə üçün Türkiyəyə gətirilib
- 08.12.2023 [15:04]
KİV: Mario Draqi Avrokomissiyanın sədri postuna əsas namizədlərdən biridir
- 08.12.2023 [13:13]