Misirdə yol qəzasında çinli və italiyalı turistlər həlak olublar
AzerTAg.az

Qahirə, 1 dekabr, AZƏRTAC
Misirin Asuan vilayətinə yaxın ərazidə yerləşən magistral yolda avtobusun aşması nəticəsində iki əcnəbi turist ölüb.
AZƏRTAC Misirin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, qəzada həyatını itirənlər Çin və İtaliya vətəndaşlarıdır. İnsident nəticəsində yaralanan 5 nəfər isə xəstəxanaya çatdırılıb. Onların İspaniya və İtaliya vətəndaşları olduqları bildirilir.
Misir polisi qəza ilə bağlı təhqiqat aparır. Turistləri daşıyan avtobusun aşdığı Asuan-Əbu-Simbel magistral yolu ən ağır qəzaların baş verdiyi yerdir. Belə ki, bu ilin iyulunda eyni yolda sudanlı turistləri daşıyan avtobusun aşması nəticəsində 43 nəfər həlak olmuşdu.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəbərin mətnində orfoqrafik səhv var