DÜNYA


Misirdəki məbədin divarlarında qədim relyeflər aşkarlanıb

Qahirə, 19 may, AZƏRTAC

Alman və misirli arxeoloqlar Misirin Luksor əyalətindəki Esma məbədində qədim relyeflər və oyma rəsmlər aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, arxeoloji missiya restavrasiya işləri zamanı 48 qartalın iki cərgədə rəsmini, habelə qədim misirlilərin Nexbet və Vadcet tanrıçalarının təsvirlərini üzə çıxarıb. Misirin Qədim Abidələr Ali Şurasının sədri Mustafa Vəziri jurnalistlərə bildirib ki, bu rəsmlər barədə fransız misirşünası Serj Sonironun Esma məbədi haqqında 1963-cü ildə nəşr olunmuş tədqiqat əsərində məlumat yoxdur və onlar ilk dəfə aşkar edilib. Təqribən iki min il tarixi olan bu ecazkar divar təsvirləri duz və toz qatının altında qalıb.

Bu tapıntı ilə yanaşı, arxeoloqlar məbədin yaxınlığında eramızın I əsrinə aid Roma imperatoru Domitian dövrünün qırmızı mürəkkəblə yazılmış kitabələrini də tapıblar.

Alimlər bildirirlər ki, Esna məbədi Roma imperatoru Klaudiusun zamanında (41-54-cü illər) qədim Misir tanrısı Xnumun şərəfinə tikilib. XIX əsrdə bu məkandan taxıl anbarı kimi istifadə ediblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.