DÜNYA


Misirə gələn turistlər fironun “günəşli təbəssümünü” müşahidə etməyə hazırlaşırlar

Qahirə, 22 fevral, AZƏRTAC

Dünyanın hər yerindən Misirə gələn turistlər səhər saatlarında fironun “günəşli təbəssümünü” görməyə hazırlaşırlar.

AZƏRTAC xəbər verir ki, Misirin ən cəlbedici görməli yerlərindən olan Asuan əyalətinin cənubundakı “Abu-Simbel” məbəd kompleksində üç min ildən bəri fevralın 22-də günəş doğan kimi onun ilk şüaları firon II Ramsesin heykəlinin üzünü işıqlandırır. İlbəil yüzlərlə yerli sakinin və xarici turistin müşahidə etdiyi bu hadisə fironun “günəşli təbəssümü” adlandırılır.

Həmin hadisə, həmçinin oktyabrın 22-də təkrar olunur. Rəvayətə görə, 22 fevral fironun taxta qalxması, 22 oktyabr isə onun dünyasını dəyişdiyi tarixlərə təsadüf edir, çünki məhz bu günlər günəş şüaları fironun heykəli olan qaranlıq məbədə girir və onun surətini işıqlandırır.

Qeyd edək ki, firon II Ramses Qədim Misirin ən nəhəng fironlarından olub. O, bizim eradan əvvəl 1279-cu ildən 1213-cü ilədək hakimiyyətdə olub və 66 il müddətində Qədim Misirdə hökmdarlıq edib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.